Bakıda vətəndaşları aldadan 2 jurnalist saxlanılıb. Onlar insanlardan xarici dövlətlərdə siyasi mühacir statusu almaqda köməklik edəcəklərini vəd edərək, pul alıblar. Üstəlik bu şəxslər pul aldıqları adamların sosial şəbəkələrdəki hesablarından Azərbaycan dövləti əleyhinə məlumatlar da paylaşıblar.
Ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edərək onların sosial hesablarından Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə olan məlumat yayanlar şəxslər saxlanılıb.
Polisin keçirdiyi əməliyyatla Azərbaycanın nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən Bakı şəhər sakinləri – “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” saytının baş redaktoru Çingiz İbadov saxlanılıb.
Onlar müxtəlif şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib pullarını alıblar. Növbəti belə iş zamanı onlar, Xırdalan şəhərində bir vətəndaşdan razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən tutulublar.
Araşdırmalar zamanı müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar,
böhtan xarakterli materiallar yerləşdiriblər…Eyni zamanda, müəyyən şəxslərin guya ölkənin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə informasiyalar da paylaşılıb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
“Xəzər Xəbər” mövzu ilə bağlı videomaterialı təqdim edir: