ABŞ-ın Nyu York ştatında keçirilən seçkilərdə Respublikaçılar Partiyadan Donald Tramp, Demokrat Partiyadan isə Hillari Klinton rəqiblərini geridə qoyub.
Axar.az xəbər verir ki, milyarder Donald Tramp səslərin 60 faizini əldə edib.
Demokratlarda isə rəsmi olmayan nəticələrə görə, xanım Klinton səslərin 58 faizini qazanıb. Ən yaxın rəqibi Berni Sanders isə 42 faiz səslə ikinci olub.
Qeyd edək ki, ABŞ-da prezident seçkilərində iştirak etmək üçün namizədlərin yarışı Nyu Yorkdan sonra Konnektikut, Pensilvaniya, Delaver, Rod Aylend və Merilənd ştatlarında davam edəcək.