Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada baş verən terror aktı ilə bağlı açıqlama verib.
Musavat.com Türkiyə agentliklərinə istinadən xəbər verir ki, Ərdoğan vətəndaşları narahat olmamağa səsləyib.
Ərdoğan deyib: “Vətəndaşlarımız narahat olmasın. Dövlətimizin bütün qurumlarının millətimizlə birlikdə yürütdüyü terrorla mübarizə uğurla nəticələnək. Terror diz çökəcək”.
Türkiyə dövlət başçısı sözlərinə belə davam edib: “Türkiyə son illərdə terrorçuların hədəfindədir. Terror təşkilatları və onlarla əlbir olanlar ordumuza uduzduqları üçün ən əxlaqsız, ən vicdansız yollara baş vuraraq, günahsız vətəndaşlarımızı hədəf alır”.