img2026979

Biz Şengen zonasına daxil deyilik. Türkiyə vətəndaşlarından viza tələb etməyə davam edəcəyik.

Axar.az xəbər verir ki, bu açıqlama ilə Böyük Britaniyanın Avropa məsələləri üzrə dövlət nazirinin müavini Devid Lidinqton çıxış edib.

“Bu müqavilə tətbiq olunarsa, qaçaqmalçılığın da qarşısı alınacaq. Müqavilə İngiltərə üçün yeni öhdəliklər gətirməyəcək. Çünki biz Şengen zonasına daxil deyilik. İngiltərəni ziyarət etmək istəyən Türkiyə vətəndaşlarından viza tələb edəcəyik”, – Lidinqton qeyd edib.

Qeyd edək ki, Türkiyə-AB razılaşmasının şərtlərindən biri viza rejiminin aradan qaldırılmasıdır.