Bir müddət əvvəl Bakıya gələn Türkiyənin tanınmış modelyeri Hakan Akkaya “ATV maqazin onlarla” verilişində “İşte benim stilim” dəb yarışmasında iştirakçı olmuş Sima Şərafətdinova ilə bağlı açıqlama verib.
BAKU.WS məlumat verir ki, modelyer Sima ilə bir müddət birgə işlədiyini deyib:
“Mənim münsif kürsüsündə əyləşdiyim “Patron” adlı verilişdə bir azərbaycanlı qız məni öldürdü. Mənə heç qulaq asmırdı, ancaq öz bildiyini edirdi. Bu günə qədər mənim dəstək olmadığım qız yoxdur. Amma Sima başqa cür etdi. Daha sonra Simanı “İşte benim stilim”də də gördüm”.