img2016948

Məkəzi Bankın sədri Elman Rüstəmov növbəti devalvasiyanın olacağı ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.

Musavat.com saytı xəbər verir ki, Xocalı faciəsi ilə bağlı keçirilən anım mərasiminə qatılan Elman Rüstəmov jurnalistlərin devalvasiya ilə bağlı verdikləri sualları cavablandırıb. Sədr devalvasiyanın yaxın zamanlarda baş verəcəyi ilə bağlı fikirləri təkzib edib:

“Hamısı şayiədir. Mərkəzi Bank, valyuta bazarı adi rejimdə çalışır. Müntəzəm auksionlar keçirilir. Gördüyünüz kimi, auksionlarda tələb və təklifin təsiri altında manat möhkəmlənir. Müəyyən dövrlərdə manatın dəyəri bir az düşə bilər. Devalvasiyadan sonrakı kurs ətrafında hələ ki, əhəmiyyətli dəyişiklik olmayıb. Neftin qiymətinə gəldikdə isə, aşağı səviyyədə olsa da, müəyyən stabillik var, dövlət büdcəsi də təsdiq olunub”.

Xatırladaq ki, 2015-ci il dekabrın 21-də Mərkəzi Bank “Üzən məzənnə” rejiminə keçid haqda qərar qəbul edib və həmin gün dolların qiyməti 50 faiz bahalaşıb.