1098231_620x410werf

Türkiyədə daha bir terror aktı törədilib.

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu dəfə hədəf Diyarbəkir vilayəti seçilib. Məlumata görə, hərbi maşın yolu keçərkən partlayış törədilib. Əldə düzəldilən partlayıcı qurğunun işə salınması nəticəsində yaralananlar olub.

Əraziyə təcili tibbi yardım maşınları cəlb edilib.

Məlumat üçün bildirək ki, dünən axşam Türkiyənin paytaxtı Ankarada dəhşətli terror aktı törədilib. Hadisə nəticəsində 28 nəfər ölüb, 61 nəfər yaralanıb.