Bu gün səhər Bakı vaxtı ilə saat 10-da Dağıstan Respublikasının Dərbənd rayonundakı yol polisi postunda terror aktı törədilib.
Virtualaz.org saytı Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə Dərbənd şəhərindən 15 kilometr aralıda baş verib. Partlayış nəticəsində bir polis işçisi ölüb, daha üç nəfər xəsarət alıb. Mənbəyə əsasən, yaralı polislərdən ikisi Rusiyanın digər vilayətlərinin nümayəndələridir.
Terror aktı partlayıcı maddələrlə dolu “QAZel” avtomobilinin polis postunun yaxınlığında partladılması nəticəsində baş verib.