1454057725_amamammqaa

Tanınmış fələstin əsilli model, “Victoria’s Secret”in mələyi Cici Hadid və məşhur müğənni Zayn Malik birgə klipə çəkiliblər.

BAKU.WS məlumat verir ki, sevgili olan iki məşhur bu dəfə klipdəki rolları ilə gündəmə gəliblər. Cütlük klipdə səmimi görüntüləri ilə diqqət çəkiblər. Gənc ifaçı “Pillowtalk” adlı mahnının ilk solo klipini ötən gün təqdim edib.

Qeyd edək ki, Cici Hadid və Zayn Malik tez-tez bir yerdə paparazilərə yaxalanırlar. Tez-tez səmimi görüntüləri ilə gündəmə gəlsələr də sevgili olduqlarını açıqlamayıblar.