1453727709_mammamama
Türkiyənin məşhur futbol klubu “Beşiktaş”ın yeni transfer etdiyi futbolçu Dusko Tesiçin müğənni həyat yoldaşı medianın diqqət mərkəzindədir. 
BAKU.WS məlumat verir ki, Yelena Karleuşa Serbiyada yayımlanan münsifi olduğu yarışma proqramında rəqsi ilə gündəmə gəlib. Rəqsin videosu qısa müddətdə sosial şəbəkələrdə izlənmə rekordu qırıb.
İdeal bədən quruluşu ilə diqqət çəkən müğənni sosial şəbəkələrin aktiv istifadəçilərindəndir. İfaçı bir neçə dəfə Kim Kardaşyana özünü bənzətməsi ilə gündəmə gəlib.
Yelena 2004-cü ildə tanınmış biznesmen Sretana Kariçanın oğlu Boyna Kariça ilə evlənsə də nikahları cəmi iki ay çəkib. Sənətçi 2008-ci ildə Dusko Tesiç ilə nikah bağlayıb. Cütlüyün bu nikahdan Atina və Nika adlı iki qız övladı var.