1453446870_aqaqa

Türkiyədə sevilərək izlənən “Muhteşem Yüzyıl Kösem” serialı son bölümü ilə yenidən ölkənin gündəmini zəbt edib.

BAKU.WS-in məlumatına görə, reytinq qurbanı olmaq istəməyən serialın rejissoru sevişmə səhnəsindən istifadə edib. 10-cu bölümdə Sultan Əhmədlə Kösem Sultanın sevişmə səhnəsinin yayımlanması diqqətləri bir anda serialın üzərinə çəkib.

Sultan Əhmədin başqa bir qadını xəlvətcə otağına çağırdığını eşidən Kösəm dəliyə dönüb. Sultan Əhmədin otağına basqın edən Kösəm bir anda onun dodaqlarından yapışır. Kösəm və Əhmədin sevişmə səhnəsi serialın 10-cu bölümünə damğa vurub.