Cümə, 1 İyul 2022
  • Əlaqə
  • Haqqımızda
  • RU
  • EN
Medianews
Advertisement
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
  • Köşə
No Result
View All Result
Medianews

Manatın taleyi neftdən aslıdır – Beynəlxalq reytinq agentliyi

TURAN
13/01/2016 13:32
A A
0
BAXIŞ
FacebookTwitterTelegram
img1982504
“Moody’s” beynəlxalq reytinq agentliyinin analitiki Mariya Malyukovanın müsahibəsi:
– Bildiyimiz kimi, Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin qərarı ilə 21 dekabr tarixindən etibarən üzən məzənnə rejiminə keçid baş tutub. İstərdim bu qərardan gözləntilərinizi açıqlayasınız.
– İlk növbədə onu deyə bilərəm ki, bu qərar bank sektoruna neqativ təsir edəcək. Çünki Azərbaycan bank sektorunda dollarlaşma səviyyəsi olduqca yüksəkdir. Bank aktivlərinin keyfiyyəti pisləşməkdədir və bu proses davam edəcək. Əsas problemlərdən biri odur ki, orta səviyyəli banklardan kredit götürən şəxslərin gəlirləri azalıb.
Bununla yanaşı, devalvasiyadan dərhal sonra banklar valyutada olan kreditlər üzrə ehtiyatlarını artırmaq məcburiyyətində qalıb ki, bu da onların gəlirliliyinə təsirsiz ötüşməyib.
Bizim proqnozlarımıza görə, iqtisadi artım tempinin ləngiməsi səbəbindən banklardan kredit götürənlərin sayı azalmağa davam edəcək. Bu, fiziki şəxslərə də aiddir. Bununla yanaşı, əhalinin alıcılıq qabiliyyəti aşağı düşəcək, inflyasiya səviyyəsi artacaq.
Manatın dəyərdən düşməsi bankların kapitalına da mənfi təsir göstərib. Azərbaycan banklarının xarici valyutada ifadə olunan passivlərin həcmi xarici valyutada ifadə olunan aktivlərin həcmini üstələyir. Buna səbəb devalvasiyanın baş verməsindən ehtiyatlanan əmanətçilərin sürətli şəkildə əmanətlərini xarici valyutaya konvertasiya etməsidir. Məhz bu proses bir çox bankların devalvasiyadan dərhal sonra zərərlə üzləşməsinə səbəb olub. Valyuta risklərinin hecləşdirilməsi üzrə inkişaf etmiş bazarın olmaması prosesi sürətləndirdi.
Üzən məzənnə rejiminə keçid valyutanın volatilliyini qaçılmaz edir. Bu isə, öz növbəsində, valyuta risklərini idarə edə bilməyən və daha açıq valyuta mövqeyinə malik olan bankların fəaliyyətinə mənfi təsir edəcək.
– Üzən məzənnə rejiminə keçidi gecikmiş qərar hesab etmək olarmı?
– Hökumətin üzən məzənnə rejiminə keçidlə bağlı qəbul etdiyi qərar neftin sürətlə ucuzlaşmasına bağlıdır. Mərkəzi Bank iki variantdan birini seçməli idi: ya valyuta ehtiyatlarını əritməli idi, ya da üzən məzənnə rejiminə keçməli idi. Bir şeyi də nəzərə almaq lazımdır ki, Azərbaycan hökuməti bu qərarı qonşu ölkələrdən sonra atdı. Bildiyimiz kimi, neft ixracından asılı olan Rusiya və Qazaxıstan da üzən məzənnə rejiminə keçib. Beləliklə, Azərbaycan hökumətinin bu ölkələrdən sonra üzən məzənnə rejiminə keçidi milli valyutada olan dövlət büdcəsinə dəstək verdi, daxili istehsala əsaslanan malların rəqabətqabiliyyətliyini artırdı.
– Bank sektorundakı vəziyyətə bir qədər əvvəl ötəri toxundunuz. Bu çətin durumdan çıxış yolunu nədə görürsünüz?
– Bəzi banklar manatın devalvasiyasından sonra kapital adekvatlığı ilə bağlı tələbi pozub. Bizim hesablamalarımıza görə, bu göstərici 2015-ci ilin fevral ayının 1-i ilə müqayisədə ümumi sektor üzrə 5-6% aşağı düşüb. Lakin, Mərkəzi Bank bu məsələdə banklara yardım əlini uzatdı.
Biz bank sektorunda konsolidasiya prosesinin sürətlənməsini gözləyirik.
Ümumilikdə, bizim 2016-cı ildə Azərbaycanın bank sektoru üzrə proqnozumuz neqativdir. Bankların aktivlərinin keyfiyyəti pisləşməkdə davam edəcək, bu isə bankların gəlirlərinə və kapitalına mənfi təsir edəcək. Milli valyutaya etibarın itməsi səbəbindən xarici valyutaya konvertasiya olunan depozitlərin həcmi artacaq və ya sistemdən kənara çıxacaq. Xarici valyutada olan aktivlər və passivlər arasında disbalans böyüyəcək.
Bir çox banklar manatla olan resurs bazasının çatışmazlığından, xarici valyutada kreditləşmənin riskini öz üzərinə götürmək istəməməsi, kapitallaşma göstəricilərini qorumaq səbəbindən kredit portfelinin ixtisara salınmasını üstün tutacaq.
– Son proseslər ölkənin suveren reytinqinə necə təsir edə bilər?
– Açığı, bu sual bu sahənin analitiklərinə aiddir. Hazırda Azərbaycanın suveren reytinqi “Baa3” səviyyəsindədir, proqnoz stabildir. Təbii ki, manatın devalvasiyası dövlət büdcəsinə və valyuta ehtiyatlarına müsbət təsir edir.
– Manatın məzənnəsi ilə bağlı müxtəlif proqnozlar səslənməkdədir. Bu söz-söhbətlər bir çox spekulyantlar üçün göydəndüşmə olur. Yaxın perspektivdə manatın məzənnəsi ilə bağlı bir proqnozunuz varmı?
– Manatın məzənnəsi əsasən neftin qiymətinə bağlıdır və bununla bağlı proqnoz vermək çətindir. Hər şeyi neft qiymətlərinin dinamikası göstərəcək.
Faktxeber.com

DAHA ÇOX OXU

Dünya

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

30/06/2022
1-MANŞET

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

30/06/2022
Dünya

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

30/06/2022
1-MANŞET

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

30/06/2022
1-MANŞET

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

30/06/2022
1-MANŞET

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

30/06/2022
SON XƏBƏR

Suheyl əl-Mazuri: Neft bazarına müdaxilələri dayandırmalıyıq

“Qızıl Məryəm”i öldürən qızı ilə bağlı ilginc fakt – Övladlıq imiş

Verdiyi insanlıq dərsi ilə həm ağladı, həm ağlatdı – VİDEO

Xəbər lenti

Suriyalı deputat: “Qoşulmama Hərəkatında Azərbaycanın liderliyini gördük”

2022/06/30 19:56

Türkiyə Prezidenti: “Hava sərhədimizi pozan Yunanıstan cavab verməlidir”

2022/06/30 18:55

73 illik həsrət

2022/06/30 18:47

Meşədə ağaca bağlı çılpaq halada tapdılar – Məşhur kino ulduzunun şübhəli ölümü

2022/06/30 17:35

Məşhur proqramı ilə tanınan 24 yaşlı gənc evində ölü tapıldı – FOTO

2022/06/30 17:24

Türkiyə polisinin keçirdiyi “Dəmir Yumruq” əməliyyatında ələ keçirilənlər hər kəsi ŞOKA SALDI

2022/06/30 17:13

“Bəziləri qeyd edirlər ki, sürücü özünü müdafiə edib, lakin belə deyil…”-Hüquqşünasdan açıqlama

2022/06/30 17:10

Bakıda əri ilə əlbir olub ögey anasını baltaladı və gölməçəyə atdı – DƏHŞƏTLİ QƏTLİN TƏFƏRRÜATI

2022/06/30 17:00

“Milyonların qüruruna görə buradayam”- Zaurun efirdən qovduğu müğənni danışdı

2022/06/30 16:51

Flora Kərimova Afət Fərmanqızıdan təzminat tələb edir

2022/06/30 16:48

Putindən gözlənilməz AÇIQLAMA: “Dialoqa hazırıq”

2022/06/30 16:41

Sürücülərin NƏZƏRİNƏ: Beş min manatadək cərimə oluna bilərsiniz

2022/06/30 16:39

Evlərə oğurluğa girməkdə şübhəli bilinən şəxs saxlanılıb: Oğlan xanım “həmkar”ını yarı yolda qoydu – VİDEO

2022/06/30 16:30

Bakıda çıxış edən Hande Yener səhnə geyimi ilə diqqət çəkdi – FOTO/VİDEO

2022/06/30 16:21

Pakistan Senatının sədrindən Azərbaycanla bağlı mühüm AÇIQLAMA

2022/06/30 16:12

Azərbaycanlı aktrisanın 6 000 AZN-lik geyimi – FOTO

2022/06/30 16:00

Qadını təpiklə vuran sürücü saxlanılıb? – Rəsmi açıqlama

2022/06/30 15:51

Hərbi hissədə ölən Fazil evin tək oğlu imiş… – FOTO

2022/06/30 15:42

Sumqayıt avtobusunda porno qalmaqalı – VİDEO

2022/06/30 15:33

“İrad bildirənlərin böyük əksəriyyətinin layihəsi doğrudan da bərbad gündədir” – PA-nın sektor müdiri

2022/06/30 15:31

Azərbaycanda hamilə qadın təcili yardım maşınında ÖLDÜ

2022/06/30 15:24

Balaxanı yolunda 3 maşın toqquşdu – VİDEO

2022/06/30 15:16

Məleykə Əsədovanın QIZININ MƏZUN GÜNÜNDƏN GÖRÜNTÜLƏR – FOTO

2022/06/30 15:05

“Axşam ikisi bir yerdə çıxacaq efirə ki, bu bir zarafat idi”-Prodüserdən sərt sözlər

2022/06/30 15:04

Daha çox
Medianews

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.

Hər zaman sizinlə Medianews.az ailəsi.

Bizi sosial şəbəkələrdə izləyin!

Xəbərlərə abunə olun

  • RU
  • EN
  • Ana səhifə
  • Dünya
  • Siyasət
  • Sosial
  • Cəmiyyət
  • Magazin
  • İqtisadiyyat
  • Hadisə
  • İdman
  • Kriminal
  • Media
No Result
View All Result

23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq. Hər zaman sizinlə Medianews.az ailəsi.