İsrailin Daxili Kəşfiyyat İdarəsi (Şin Bet) rəhbəri Ami Ayalonun 2012-i ildəki açıqlamaları deşifrə olub. Verdiyi reportajda İsrailin bölgədəki qısamüddətli planlarını açıqlayan Ayalonun hədəfində şiə-sünni qarşıdurması yaratmaq olduğunu deyib. Çünki Ayalona görə, ancaq belə bir durumda Fələstinin gücü qırıla bilər və Fələstin-İsrail qarşıdurmasının qarşısı alına bilər.
Ami Ayalon açıqlamasında, “Yaxın Şərqin gələcəyini formalaşdırmaq lazımdır. Bunu etmək üçün Türkiyə öndərliyində və modelliyində bir sünni koalisiyaya ehtiyacımız var”, – deyə vurğulayıb.
İsrailin Məxfi Xidmət rəisi Ayalon, “Yaradlacaq koalisiya niyə Türkiyənin öndərliyi ilə olmalıdır” sualına isə belə cavab verib: “Türkiyənin idarə tərzini Yaxın Şərqə model olaraq görürük, bu önəmli bir nöqtədir”.
Fələstin-İsrail deyil, şiə-sünni qarşıdurması yaşanmalıdır
Şin Bet rəisi Ayalon Yaxın Şərqdəki mübarizələrə toxunaraq, hədəflərini də açıqlayıb.
“Türkiyə öndərliyində yaranacaq koalisiyaya İsrailin varlığını qəbul etdirsək, Yaxın Şərqdə böyük qarşıdurma Fələstin-İsrail arasında deyil, sünni-şiə arasında olacaq” – deyən Ayalon belə vəziyyətin İsrail üçün sərfəli olduğunu vurğulayıb.
Planlarını, “quracağımız koalisiya ABŞ və bizim tərəfimizdən dəstək görəcək və İsrail bölgədə özünə təhdid olan ünsürlərə qarşı bir güc yaratmış olacaq”, – deyə şərh edən Şin Bet rəisi, koalisiyanın digər təməl daşları kimi Səudiyyə Ərəbistanı, İordaniya və Misiri göstərib.
Bu gün Səudiyyə rejiminin timsalında müsəlmanların bir-birini qırğın etməsi ilə bağlı atılan addımları müşahidə etməkdəyik. Müsahibədən də görünür ki, bütün bunlar İsrail və Qərb tərəfindən hazırlanan planın bir hissəsidir. Onlar bu planı müsəlman ölkələrinin başına gətirdikləri əlaltıları vasitəsilə həyata keçirməkdədirlər.