Dünən 9 minik avtomobili və 1 traktor Gədəbəy rayonunda, Başkənddə axşam saatlarında (18:00- radələrində) dəhşətli çovğuna düşüblər.
Hərəkət tamamilə dayanıb və 22 nəfər sakinimiz ölümlə üz-üzə qalıb.
ATV.az-ın məlumatına görə, son anda köməyə çatan hərbi hissənin əsgər və texnikası sakinlərimizi xilas edə biliblər.
Vətənin, bizim keşiyimizdə dayanan əsgərlərimizə bir daha dərin minnətdarlığımızı bildiririk. Allah sizi qorusun, Azərbaycan Əsgəri!