Türkiyənin məşhur futbolçusu Hakan Çalhanoğlu Dünya müsəlmanlarının müqəddəs şəhəri hesab olunan Məkkə və Mədinəni ziyarət edib.
ANS PRESS-in məlumatına görə, “Bayer Leverkuzen”in istedadlı ulduz futbolçusu Hakan Çalhanoğlu “İnstaqram” səhifəsində Məkkə və Mədinə şəhərindən şəkil paylaşıb.
Futbolçu bütün izləyicilərinə müqəddəs torpaqları ziyarət etməsini arzu edib:
“Allahım inşallah hamınıza qismət edər. Həqiqətən, bu hissləri keçirməyinizi istəyirəm. Kəbəni görən kimi göz yaşlarımı tuta bilmədim” – bu sözləri Hakan paylaşdığı şəklinin altında yazıb.