Anar_mamedoff9

Azərbaycanda daha bir sığorta şirkəti ləğv olunub.

Vergilər Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, “Qarant Sığorta” ASC ləğv olunduğunu elan edib.

Kreditorlar iki ay ərzində tələblərini Bakı şəhər, Sarabski küçəsi, məhəllə 657, “Garant Holdinq”in binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.

AzNews.az əlavə edir ki, şirkət nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədova məxsusdur.