1451377400_qrisa

Rus milyarderin nəvəsi yenə qalmaqala səbəb olacaq video çəkib.

BAKU.WS məlumat verir ki, Rusiyada tikinti sektoru oliqarxlarından olan milyarder İqor Nekladkonun 16 yaşlı nəvəsi Qrişa sosial şəbəkələrdəki izləyicilərini təbrik edib. Onun təbriki də özünəməxsus olub.

“Əziz dostlar. Biz artıq bir ili arxada qoymaq üzrəyik. Bu il ərzində insanlarla ünsiyyətdə olduq. Bəzilərini pul verib soyundurduq. Bəzilərini pul qarşılığında inanılmaz hərəkətlər etməyə məcbur etdik. İşimiz çox çətindir. Buna baxmayaraq, bizi artıq internetdən yarım milyona yaxın insan izləyir. Üzümüzə gələn ildə də sizi maraqlı anlar gözləyir. Sizi təbrik edirik”, – deyə Qrişa bildirib.

Daha sonra mahnı səslənib və onun arxasında dayanan Santa-Klaus geyimli qızlar soyunublar.