Neft Daşlarındakı 501 saylı və “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzalarla əlaqədar itkin düşənlərin ailə üzvləri müraciət edərək axtarış əməliyyatında iştirak etmək istədiklərini bildiriblər.
BAKU.WS-in məlumatına görə, müraciət Fövqəladə Hallar Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti tərəfindən müsbət qiymətləndirilib. Bununla əlaqədar olaraq, həmin insanlar 29 dekabr 2015-ci il tarixində FHN-in 2 helikopteri və “AZAL” QSC-nin 1 helikopteri ilə Xəzər dənizi üzərində itkin düşənlərin axtarışı əməliyyatında xilasetmə qrupu ilə birlikdə iştirak edib.