82881

Rusiyanın Krasnodar diyarında ötən gün 19:50 radələrində yol qəzası baş verib.

Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

“İlkin məlumatlara görə, “Lexus GS300” avtomobilini idarə edən 24 yaşlı sürücü “Qafqaz” şosseində qarşısında gedən yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Lexus” markalı avtomobildə olan 34 yaşlı sərnişin hadisə yerində ölüb. Sürücü isə xəstəxanaya aparılıb. Qəzaya səbəb sürücünün distansiyanı saxlamaması olub”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin Krasnodar diyarı üzrə İdarəsinin yaydığı məlumatda qeyd olunur.

Qəza nəticəsində məşhur şəxslərin xəsarət alması xəbərini hüquq mühafizə orqanlarında olan mənbə bildirib.
Qeyd edək ki, Elbrus Canmirzəyev – Azərbaycanın ən məşhur pop ifaçılarından biridir. Müğənninin rəsmi saytında qeyd olunur ki, hazırda o, Dağıstanda yaşayır, Tolyatti Dövlət Universitetində hüquq fakültəsində təhsil alır.

Hadisə nəticəsində ölən Kamran Əmirov yunan müğənni Alexandros Tsopozidis-in prodüseri olub.