Britaniyanın məşhur jurnalı “Love” öz video-təqvimi üçün məşhurları çəkməyə davam edir.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, dərgi bu dəfə reklam üçün kök model (“plus-size”) Eşli Qremin açıq-saçıq fotosessiyasını və video çarxını hazırlayıb.
Qeyd edək ki, təqvim üçün Kendal Cenner, Kara Delevin və İrina Şeyk də kamera qarşısına keçmişdi.