armeniya_a_azerbaijan_640x360_getty_nocredit

Ermənistan ordusu 2015-ci ildə 71 hərbi qulluqçusunu itirib. Modern.az saytı Ermənistan KİV-nə istinadən xəbər verir ki, düşmənin verdiyi itkilərdən 40-ı Azərbaycan-Ermənistan təmas xəttinin Naxçıvan, Tovuz və Qarabağ istiqamətlərində baş verən toqquşmalar zamanı qeydə alınıb.

Təkcə, geridə qoyduğumuz dekabr ayında Azərbaycan Milli Ordusu ilə döyüşlərdə işğalçı qüvvələrin 7 hərbçisi öldürülüb, 7-si isə yaralanıb.

Ümumiyyətlə 2015-ci il ərzində yaralanan erməni əsgərlərinin sayı 69 nəfərdir.

Düşmən ordusunun 2015-c ildə itirdiyi 31 hərbçi müxtəlif səbəblərdən (avtoqəza, intihar, xəstəlik, əsgər yoldaşı tərəfindən güllələnmə, bədbəxt hadisə və s.) ölüb.

Xatırladaq ki, bu göstərici Ermənistanda hərbi itkilər barədə statistikanın aparılmağa başlanıldığı 2011-ci ildən bəri rekord göstəricidir.

Belə ki, 2011-ci ildə Ermənistan ordusunun verdiyi itkilər 32, 2012-ci ildə 52 (14 döyüş itkisi), 2013-cü ildə 30 (6-sı döyüş itkisi), 2014-cü ildə isə 44 hərbçidən (26-sı döyüş itkisi) ibarət olub.