Bu dəqiqələrdə Rusiyanın Su-24 qırıcı təyyarəsinin vurulmasını araşdıran komissiya jurnalistlərin iştirakı ilə “qara qutu”nu açır.
AzNews.az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bu barədə RF-nın Silahlı Qüvvələrinin aviasiya uçuşlarının təhlükəsizliyi xidmətinin rəis müavini general-leytenant Sergey Baytenov məlumat verib.
O, bildirib ki, ilkin mərhələ “qara qutu”nun texniki vəziyyətini qiymətləndirməkdən ibarət olub. Bundan sonra komissiya nümayəndələri “qara qutu”dan məlumatların öyrənilməsinə başlayıblar. Onun sözlərinə görə, hazırda ikinci mərhələ həyata keçirilir: “ Yaddaş modulunun sökülməsi. İşin bütün mərhələləri sənədləşdirilir”.
Baytenav qeyd edib ki, “qara qutu”dan məlumatların oxunması əvvəlki təcrübələrə əsasən, 1,5 saat vaxt aparacaq.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.