Almaniyada solçu qruplarla polislər arasında atışma olub.
AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, hadisə Almaniyanın Leipziq şəhərində baş verib. Atışma nəticəsində 70 polisin yaralandığı deyilir.
Atışmada iştirak edənlər arasında din xadimi Lothar König də var.
Leipziqin Bələdiyyə başçısı Burkhard Jung bütün olanları terror faktı kimi qiymətləndirib.