25509

O, müsabiqədə Azərbaycan dilində “Azadlıq” mahnısını səsləndirəcək.

17-19 dekabr tarixlərində İstanbulda keçiriləcək “Turkvizion” yarışmasında Belarusu azərbaycanlı ifaçı Aleksandra Kazımova təmsil edəcək.

Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, müsabiqədə Azərbaycan dilində “Azadlıq” mahnısını səsləndirəcək. Mahnının musiqisi Zərnişan Nağıyevaya, sözləri isə Germana məxsusdur. YouTube kanalında  mahnı hələ ki, ingilis dilində təqdim olunub.

Qeyd edək ki, 18 yaşlı Aleksandra  Kazımova Belarus Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbəsidir.