Снимок

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və müğənni-bəstəkar Emin Ağalarov əkiz övladları Əli ilə Mikayılın ad gününü bir yerdə qeyd ediblər.

BAKU.WS məlumat verir ki, Emin əkizləri və Leyla Əliyeva ilə birlikdə çəkilmiş fotosunu şəxsi İnstaqram hesabında paylaşıb. Ağalarov şəkli “Happy 7th Birthday Ali and Mika!!!” (“7-ci ad gününüz mübarək Əli və Mika”) kimi şərh edib.

Qeyd edək ki, Leyla Əliyeva ilə Emin Ağalarov 2006-cı il aprelin 30-da ailə qurublar. Onların bu nikahdan 2008-ci il dekabrın 1-də Əli və Mikayıl adlı əkiz övladları dünyaya gəlib. Leyla Əliyeva və Emin Ağalarov bu ilin may ayında boşandıqlarını Instagram hesablarından elan ediblər.