1447844904_6pe3htqn

Londonda metroda dəhşətli hadisə baş verib.

BAKU.WS-in məlumatına görə, paltformada qatar gözləyən hicablı müsəlman qadın yaşlı kişinin hücumuna məruz qalıb. Əslən yapon olan kişi hicab geyinmiş müsəlman qadına yaxınlaşıb və onu platformaya yaxınlaşan qatarın altına itələyib.

Xoşbəxtlikdən qadın özünü qatarın altına düşməkdən xilas edə bilib. Lakin sürətlə hərəkət edə qatarın üstünə dəyən müsəlman qadın ağır xəsarət alıb. Onu xəstəxanaya yerləşdiriblər.

Araşdırmalar zamanı müsəlman qadını öldürmək istəyən şəxsin 81 yaşlı təqaüdçü olduğu müəyyən olub.

Faktla bağlı araşdırma aparılır.