65cc3250bb2bbcaac521c143967428f2__660x

Fransanın həftəlik satirik jurnalı “Charlie Hebdo”nun üz qabığında Sinay yarımadası üzərində qəzaya uğrayan Rusiyanın Airbus A321 sərnişin təyyarəsinə dair yeni karikatura yerləşdirib.

Bu barədə AzVision.az “Lenta.ru”ya istinadən xəbər verir.

Üz qabığında dərc edilən karikaturada quyruğu anus dəliyinə bənzəyən təyyarəyə raketin daxil olması əks olunub. Şəklə “Sinay üzərində qəza. Nəhayət ki, porno!” şərhi verilib. Jurnalın son buraxılış tarixi 10 noyabrdır.

Karikaturanın dərc edilməsi ilə əlaqədar Rusiyanın İctimai Palatasının Diplomatiyanın inkişafı və həmvətənlərin xaricdə dəstəklənməsi üzrə komissiyanın sədri Yelena Sutormina ATƏT-in KİV azadlığı məsələləri üzrə nümayəndəsi Dunye Miyatoviçə müraciət edib.

Xatırladaq ki, oktyabrın 31-də Şarm-əl-Şeyx – Sankt-Peterburq reysi ilə uçan А321 təyyarəsi havaya qalxdıqdan 23 dəqiqə sonra qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 217 sərnişin və 7 ekipaj üzvünün hamısı həlak olub.