Müğənni Emma Ələkbərzadə ötən gün “5/5” verilişinin canlı efirinə qatılmayıb.
Axşam.az-ın məlumatına görə, buna səbəb ifaçının anasının səhhətinin qəfil pisləşməsi olub.
Bu haqda aparıcı Zaur Kamal xəbər verib:
“Emma xanım qonağımız olacaqdı. Prodüserimizə zəng edib, ağlaya-ağlaya deyib ki, “Anamın vəziyyəti pisdir. Mərkəzi Kliniki Xəstəxanaya aparmışıq”. Allah şəfasını versin. Bu əziz gündə gərək belə bir hal yaşamayaydı”.
Qeyd edək ki, ötən gün E.Ələkbərzadənin ad günü idi.