Dünyanın məşhur qızlar arasında gözəllik müsabiqələrindən olan “Miss Universal Peace & Humanity” yarışınının Azərbaycan təmsilçisi məlum oldu.
1-10 dekabrda Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində baş tutacaq xanımlar arasında keçirilən “Miss Universal Peace & Humanity”də ölkəmizi model Nurlana Rzayeva təmsil edəcək.
Bu haqda məlumatı Milli.Az-a təşkilatçı Aqil Məmiyev verib. Təşkilatçı açıqlamasına bildirib ki, kastinqin nəticələrinə görə, Azərbaycan üzrə təşkilati komitənin birgə rəyinə əsasən, Nurlana Rzayeva seçilib. Artıq təmsilçimiz yarış üçün hazırlıqlara başlayıb. Onunla təcrübəli komanda çalışır. Model bu yaxınlarda müsabiqə üçün tanınmış türkiyəli fotoqraf Muharrem Yılmazkayanın obyektivləri qarşısına keçmişdi.
Artıq “Miss Universal Peace & Humanity” Azerbaijan 2015 titulunun sahibi Nurlana Rzayevadır. Uğurlar!
http://s017.radikal.ru/i443/1511/4a/55073bb371fc.jpg
http://s018.radikal.ru/i504/1511/66/2b05295ddea7.jpg
http://s017.radikal.ru/i405/1511/da/bdb0c9d89551.jpg
http://s017.radikal.ru/i423/1511/7f/542d23d7f117.jpg