60922_0ko8lpj2c6

Xalq artisti Amaliya Pənahova Leyla Şıxlinskayanın “5-ci element” verilişində onun barəsində səsləndirdiyi fikirlərə münasibət bildirib.

Axşam.az xəbər verir ki, xalq artisti Ölkə.az-a açıqlamasında sənət adamının belə məsələlər haqda danışmasını düzgün saymayıb:

“Onun dedikləri barədə heç nə demək istəmirəm. Bu, onun öz fikridir. Obraza mane olub olmadığımı tamaşaçılar deyə bilər. Mənim müdaxilə etməyim düzgün çıxmaz”.

Amaliya Pənahova əməkdaşımızın “Sizcə sənət adamlarının bir-birinə belə qiymət verməsi doğrudurmu” sualına belə cavab verib:

“Vallah, qoy o xanım getsin, dili öyrənsin, sonra münasibət bildirsin”.

Xatırladaq ki, xalq artisti Leyla Şıxlinskaya “Gün keçdi” filmindəki onun Əsmər rolunu səsləndirən həmkarl Amaliya Pənahova barədə bunları demişdi:

“Hər kəs bu rolu öz bildiyi kimi qavrayır. Amaliya xanım və başqa aktrisalar Əsmər obrazının sınaq çəkilişlərində iştirak ediblər. Məsələ yaşda deyil: kim kimdən böyükdür, kiçikdir. Sadəcə, onlar başqadırlar. Onlar bu rola yetkin qadın kimi yanaşdılar. Oradakı ehtiraslı səslər də obraza mane olurdu. Filmdəki münasibətlər daha incə, kövrəkdir. (Amaliya Pənahovanı yamsılayır – red.) Filmdəki səsləndirməni eşidəndə tüklərim biz-biz oldu. Axı orada hər şey daha zərif idi”.