FaktXəbər-in verdiyi məlumata görə, RF Hərbi Kosmik Qüvvələri Suriyada İŞİD terror qruplaşmasının 8 obyektinə zərbələr endirərək, terrorçuların dağlıq ərazilərdə idarə məntəqələrini tamamilə məhv ediblər.
“Hava zərbələri nəticəsində döyüş sursatları anbarları, yanacaq materialları, hərbi texnikaları məhv edib. İŞİD qruplaşmalarının dağlıq ərazidə komanda idarə məntəqələri tamamilə məhv edilib”, – deyə Konaşenkov bildirib.
O, bütün zərbələrin hava kəşfiyyatından və Suriya ordusunun qərargahından alınan məlumatlardan sonra həyata keçirildiyini deyib və mülki infrastruktur, həmçinin onların yaxınlığında Rusiya təyyarələrinin zərbələr endirmədiyini xüsusi vurğulayıb..
RF Müdafiə Nazirliyi HSQ-nin keçirdiyi əməliyyatın videosunu göndərib.