MHP lideri Bövlət Baxçalı twitter sosial şəbəkəsində maraqlı bir foto patlaşıb.
Musavat.com-un məlumatına görə, Baxçalı başında “aerodrom” papaq, çiynində palto, əlində təsbehlə paylaşdığı fotoya bu şərhi yazıb: “İstanbulun hər səmtini yaxşı tanıyıram. Karagümrükə də sevdalıyam”.
Baxçalının bu paylaşımı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın “Kasımpaşalıyam” sözünə cavab kimi dəyərləndirilib.
Qeyd edək ki, “Hürriyət” qəzeti Misir məhkəməsinin Mursiyə edam cəzası çıxarardığı gün “Dünya şokda! 52 faiz səs yığan prezidentə edam” başlıqlı yazı vermişdi. Bu başlıqla qəzetin Ərdoğanı hədəfə aldığı iddia edildi. Bundan sonra qəzet ilk səhifəsindəkı yazıyla iddialara cavab vermiş və bu günə qədərki baş nazirlərə, ölkə başçılarına qarşı da tənqidi yazılar yazıldığını qeyd edilmişdi.
Ərdoğan cavab olaraq “Doğan” media holdinqinin rəhbəri Aydın Doğana üz tutaraq demişdi: “Aydın bəy, mən Kasımpaşalıyam. Bunu bil ki, haqqın olanı hər zaman ala bilərsən, amma haqqın olmayanı bizdən əvvəlkilərdən aldığın kimi ala bilməzsən”.