f273aacd9db47692745451f8c844a595

“Əgər biz bunu etməsək, ölkə fəlakətə yuvarlanacaq”

Səudiyyə Ərəbistanını idarə edən kral ailəsinə mənsub şəxslərdən biri kral Kral Salmanı devirməklə bağlı çağırış edib. Lent.az “The Guardian”a istinadən xəbər verir ki, Həcc ziyarətinin keçirildiyi dövrdə baş verən faciələr kralın taxtını xeyli laxladıb. Belə ki, ölkənin qurucusu olan Kral Abdülaziz bin Səudun yüzlərlə nəvəsindən biri olan şahzadələrdən biri internetdəki səhifəsi vasitəsi ilə iki məktub yayımlayıb və bu məktublarda ailə üzvlərinin krala etimadsızlıq göstərməsini xahiş edib.

“The Guardian”a açıqlama verən şahzadə bildirib ki, kral ailəsinin bir sıra digər üzvləri də onunla həmfikirdir: “Əslində kralın vəziyyəti stabil deyil və ölkəni onun oğlu idarə edir”.

“Üsyankar” şahzadə bir müddət əvvəl vəfat edən Kral Abdülazizin sağ olan övladlarının bəzilərinin Kral Salmanın taxtdan salınmasına çalışdığını iddia edib: “Yaxın vaxtlarda əmilərim bir araya gəlib həmin məktubları müzakirə edəcək. Əmim oğullarıyla birgə plan hazırlayırıq və bu plan bizi məqsədimizə çatdıracaq. Əminik ki, Salmanı taxtdan sala biləcəyik, çünki xalq da ondan narazıdır. Müxtəlif kəsimlərdən, əşirətdən də dəstək gəlir. Əgər biz bunu etməsək, ölkə fəlakətə yuvarlanacaq”.