Səhiyyə Nazirliyində yeni kadr dəyişikliyi həyata keçirilib.
AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Əsədov Aydın Qoşunəli oğlu İsmayıllı rayon Mərkəzi Xəstəxanasına baş həkim təyin edilib. A.Əsədov bu postda Aftandil Rəhimovu əvəz edəcək.
Xatırladaq ki, A.Əsədov Prezident İlham Əliyevin 2007-ci ildə imzaladığı sərəncamla “Əməkdar həkim” fəxri adına layiq görülüb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.