513ad112-e1eb-4dbe-b86a-efe096003028

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyəti müzakirə etmək üçün Moskvada Rusiya lideri Vladimir Putinlə görüşəcək.

Haqqın.az  xəbər verir ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) “kölgəsi” sayılan “Stratfor” analitik mərkəzinin növbəti analizində bu barədə bildirilir.

Agentliyin analitikləri iddia edirlər ki, Ankara ilə Moskva arasındakı gərginliyin səbəbi təkcə Suriya münaqişəsi ilə bağlı deyil.
Təhlildə göstərilir ki, Türkiyənin Qafqazda əsas müttəfiqi Azərbaycanın Rusiya ilə danışıqlar aparması diqqət mərkəzindədir.

Bəzi məlumatlara görə bu danışıqların gedişatında Moskva və Bakı Dağlıq Qarabağ münaqişəsini həll etməyə çalışır.

Daha əvvvələr Ankara Qarabağ probleminin nizama salınmasında Azərbaycan üçün hərbi zamin kimi çıxış etsə də, hazırda regiona Rusiyanın nəzarət etmək istədiyi bildirilir.

Keml həmçinin “Türk axını” layihəsinin sonrakı inkişafı məsələsində Türkiyəyə təzyiq etmək üçün Suriya və Dağlıq Qarabağ münaqişəsində istifadə etməyə çalışır.

Qeyd edək ki, sentyabrın 23-də Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğanın Moskvadakı Cümə məscidinin açılışında iştirak edəcəyi gözlənilir.