Oğurluq edən şəxs yaxalanıb
Bakıda evdən killi miqdarda pul və qızıl oğurlayan qadın tutulub. Lent.az Bakı şəhər Baş Polis İdarəsinə istinadən xəbər verir ki, sentyabrın 12-də İ. Həmidov küçəsində yaşayan Bəyimxanım Əkbərbəyovanın evindən 50000 manat nağd pul və 100000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb. BPİ TŞX, Nəsimi RPİ CAŞ və 21-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kürdəmir rayon sakini, 1959-cu il təvəllüdlü Sədaqət Məmmədova tutulub.
Araşdırmalar davam etdirilir.