İtaliyalı aktrisa Monika Belluççi Ceyms Bond seriyasından çəkilən yeni film haqda danışıb.
Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, “007: Spectre” adlı fillmdə “Bond qızı” obrazını canlandıran Monika bu ifadə ilə razılaşmadığını deyib:
“Belə deyə bimərəm, çünki mənim artıq müəyyən yaşım var. Mən onun qızı yox, qadınıyam”.
51 yaşlı aktrisa rejissorun onu bu rola dəvət etməsini cürətkar addım adlandırıb:
“Kişilər fikirləşirlər ki, qadın artıq uşaq dünyaya gətirə bilmirsə, o qocalıb. Amma rejissor Sem Mendes inqilab etdi. Bu rolu mənə verməklə belə düşünənlərin səhv olduğunu sübut etdi”.
Belluççi əfsanəvi casusun sevgilisi obrazını oynadığı üçün çox qürurlu olduğunu deyib:
“Bu rol karyeramda xüsusi qürur yerim olacaq. Bond mükəmməl insandır. Çünki o, mövcud deyil”.
http://s010.radikal.ru/i312/1509/30/58e73513a3c9.jpg
http://s020.radikal.ru/i719/1509/be/3959c05f3306.jpg
http://s017.radikal.ru/i410/1509/c7/04ba895d4343.jpg