a`ysel-kema`le (1)

Yeni Azərbaycan Partiyası parlament seçkilərində iştirak edəcək namizədlərin siyahısını açıqladı. Siyahıya 13 deputatın adının salınmaması maraqla qarşılanıb. Spiker Oqtay Əsədov və bir neçə deputatın dairəsi dəyişdirilib, YAP həmçinin, yeni namizədlər irəli sürüb
8 saylı Binəqədi  birinci seçki dairəsində partiyanın namizədi məktəb müəlliməsi Aysel Əlizadə olub. Bu isə ictimaiyyətdə müəyyən qədər çaşqınlıq yaradıb. Belə ki, məhz o dairədən deputatlığa namizədliyini irəli sürən gənc yazar Aysel Əlizadə YAP-çı Aysel Əlizadə ilə səhv salındı. Amma sonradan hamıya agah oldu ki, bir dairənin iki Ayseli var.

Gənc yazar Aysel Əlziadənin anası tanınmış şairə Kəmalə Abıyeva Modern.az  qızının addımı haqda danışarkən deyib ki, seçicilər arasında Ayseli dəstəkləyən çoxdu.

“Amma sual verənlər olur “Seçkiyə inanırsızmı?”. “Bəli” deyirəm. İstəmirəm insanların inamı sınsın. Seçkilər obyektiv olsa, bizim Aysel ən çox səs qazanacaq”.

Şairə xanım deyib ki, özü də qızına imza toplanmasında iştirak edib.

“Elə adamlar var ki, seçkilərin obyektivliyinə qətiyyən inanmırlar. Elələri var tamam laqeyddi. Deputatlara əlini yelləyənlər də var… İnanmaq istəyənlər də. Ayseli hələ obyektiv seçkilərə inamını itirmək istəməyənlər dəstəkləyir”.