image

“Apple” şirkəti bu günə qədərki ən böyük “iPad Pro” təqdim edib.

BAKU.WS-in məlumatına görə, 12,9 düyümlük yeni cihaz rəsmi olaraq ictimaiyətə nümayiş olunub. Keçmişdəki bütün “iPad” modellərindən daha güclü olan “iPad Pro” üçün xüsusi bir aksesuar da hazırlanıb. “Apple Pencil” adını daşıyan qələm cihaz üzərində istənilən cismi çəkməyə imkan verir.

İstifadəçilər “Apple Pencil”i ekrana yavaşca toxunub daha incə və ya daha qalın xətlər çəkə biləcək. Samsung-un “A pen” qələminə bənzərliyi ilə diqqət çəkən yeni aksesuar indidən insanların rəğbətini qazanıb.

“Apple Pencil” gövdəsinə gizlənmiş giriş vasitəsilə yenidən enerji ilə doldurulur. Bununla yanaşı, “iPad Pro” portundan da “Apple Pencil”in batareyasını doldurmaq mümkündür. “Apple Pencil” bu günə qədər hazırlanan planşet qələmlərindən daha uzun olması və yuvarlak gövdəsilə diqqət çəkir.

https://youtu.be/iicnVez5U7M