Aparıcı Zuhal Topalın evlilik proqramında gərgin anlar yaşanıb.
Axşam.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, Zuhal bəy namizədlərdən birini yersiz zarafat etdiyi üçün canlı yayımdan qovub.
Hadisənin ardından Z.Topal çox əsəbiləşdiyini deyib:
“Mümkün qədər hər kəsə hörmət etməyə çalışıram. Hamını çox sevirəm, bərabər davranıram. Amma hədsizliyə, hörmətsizliyə dözə bilmirəm. Kiminsə kiməsə lağ etməsinə göz yummaram”.