AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan – Xorvatiya matçını bir sıra dövlət rəsmiləri də izləyib.
Qol.Az-ın supersport.az sayttına istinadən yaydığı xəbərə görə, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da millimizə dəstək verənlər arasında olub. O, qarşılaşmanı rəsmilər üçün ayrılmış VİP lojadan izləyib.
Yığmamızın qarşılaşmadan 1 xalla ayrılması digərləri kimi, E.Məmmədyarovu da sevindirib. Maraqlıdır ki, nazir heç-heçəni fit çalmağla qeyd edib. Xatırladaq ki, bundan başqa mədəniyyət və turizm naziri Əbülfəs Qayayev, SOCAR və AFFA-nın prezidenti Rövnəq Abdullayev də qarşılaşmanı canlı izləyib.