Müğənni Rəşad üçün canlı yayıma qoşuldu.
Azərbaycanlı müğənni Rəşad Altınsəs Türkiyənin “TV8” telekanalında yayımlanan “Rising star” musiqi yarışmasına qatılıb.
Oxu.Az xəbər verir ki, İbrahim Tatlısəsin pərəstişkarı olan Rəşad onun “Ben insan deyilmiyim” mahnısını ifa edib.
Mayamidə olan Tatlısəs Rəşad üçün canlı yayıma qoşulub. Daha sonra jüri Azərbaycan haqqında xoş sözlər söyləyib.
Qeyd edək ki, yarışmanın münsifləri Mustafa Sandal, Gülbən Ərgən, Fuat Güner və Demet Akalındır.