Çəkilişlər Artvin və Batumidə baş tutub.
Aktrisa Tuba Büyüküstün və aktyor həyat yoldaşı Onur Saylak “Rüzgarın Hatıraları” (“Küləyin xatirələri”) adlı filmdə rol alıblar.
Oxu.Az-ın Türkiyə mediasına istinadən məlumatına görə, filmin baş rollarında O.Saylak ilə Sofya Xandəmirov, digər rollarda isə Ebru Özkan, Mustafa Uğurlu, Murad Daltaban, Menderes Samancılar, T.Büyüküstün çəkiliblər.
Özcan Alperin rejissorluğunu etdiyi, çəkilişləri Artvin və Batumidə baş tutan film, erməni tərcüməçi və rəssam Aramın İkinci Dünya müharibəsi dövründə siyasi səbəblərlə həyatını qurtarmaq üçün İstanbuldan qaçışından bəhs edir.
Qeyd edək ki, Tuba Büyüküstün və Onur Saylak evlənməzdən əvvəl “Gönülçelen” adlı serialda birlikdə rol almış və aralarındakı sevginin ilk toxumları burada atılmışdı.