Снимок

Ötən gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Moskvada səfərdə olan Səudiyyə Ərəbistanının xarici işlər naziri Adel əl-Cübeyri ilə keçirdiyi birgə mətbuat konfransında işlətdiyi ifadə rezonans doğurub.

Modern.az xəbər verir ki, Sergay Lavrov çıxış edəndən sonra ərəbistanlı həmkarı danışır. Bu zaman isə mikrofonu açıq qalan Sergey Lavrov onu “debil” adlandırır.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının xarici işlər naziri çıxışı zamanı Rusiyanı Suriyadakı mövcud hakimiyyəti müdafiə etdiyini xatırladır.