Salyan rayonunda Tərtər sakinindən külli miqdarda narkotik vasitə aşkarlanaraq götürülüb.
Oxu.Az Region TV-yə istinadən xəbər verir ki, daxil olmuş məlumat əsasında Salyan rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Nəticədə əvvəllər məhkumluq həyatı yaşamış Tərtər rayon sakini, 46 yaşlı Ədalət Məmmədov şübhəli şəxs qismində saxlanılaraq şöbəyə gətirilib.
Onun üzərinə baxış keçirilən zaman 6 kiloqram 160 qram narkotik vasitə olan marixuana və 348 qram tiryək aşkar edilərək götürülüb.
Şöbədə ilkin istintaq zamanı Ədalət Məmmədov törətdiyi cinayəti etiraf edib:
“Zibilxanadan tapmışam. Satmaq üçün Salyana gətirdim, o da alınmadı”.
Faktla bağlı Salyan rayon polis şöbəsində araşdırma aparılır.