Ötən ilin bu günü Rusiya prezidenti Vladimir Putin `Rusiya Federasiyasının təhlükəsizliyinin təmin olunması məqsədilə xüsusi iqtisadi tədbirlərin tətbiqi` haqqında sərəncam imzalayıb.
Bu sərəncamla Rusiya xarici sanksiyalara cavab verdi.
Qeyd edək ki, Krımın birləşdirilməsi və Ukraynadakı müharibədən sonra Rusiyaya qarşı xeyli sayda sanksiyalar qəbul olunub. Sanksiyalar həm fiziki, həm də şirkətlərə qarşı tətbiq olunub.
Buna cavab olaraq isə Putin ABŞ, Avropa İttifaqı (Aİ), Kanada, Norveç və Avstraliyaya qarşı `meyvə-tərəvəz sanksiyaları` tətbiq edib.
AzVision.az `TASS` agentliyinin məlumatına görə, cavab sanksiyalarının qəbuluna qədər Rusiyanın idxalında bu ölkələrin payı 31,3% (948 milyon dollar) təşkil edib. Cavab sanksiyaları zamanı ən çox zərər Polşaya (258 milyon), İspaniya (181 milyon), ABŞ (124 milyon) və Yunanıstana (103 milyon) dəyib.
Sanksiyalardan sonra Rusiyaya idxalda Türkiyə (263 milyon dollar), Çin ( 121milyon dollar), Azərbaycan (66 milyon dollar) və Serbiya (64 milyon dollar) öz payını artırıb.