050820151059088203592_2

Avstriyanın paytaxtı Vyana şəhərində dəhşətli qətl hadisəsi baş verib. AzVision.az-ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, iki uşaq anası olan qadın 4 yaşlı qızını bıçaqlayaraq öldürüb.

38 yaşlı qadın azyaşlı qızını öldürdükdən sonra komaya girib. Qonşuların köməyi ilə özünə gələn qadın daha sonra polisə könüllü təslim olub.

Hadisədən xəbər tutan qadının əri və qətl zamanı evdə olan 13 yaşlı oğlu isə komaya giriblər. Hazırda onlar xəstəxanada müalicə alırlar.

İlkin məlumata görə, ailənin maddi çətinlikləri olub. Hətta onların yaşadıqları evin kirayəsini belə ödəyə bilmədikləri bildirilir. Qətlin də məhz maddi ehtiyacdan baş verdiyi ehtimal edilir.