95836

Rusiyada yaşayan azərbaycanlı iş adamı, bəstəkar-müğənni Emin Ağalarov (səhnə adı EMİN) qısa müddətdə hitə çevrilmiş “Səni unutmaq” (Zabıt tebya) mahnısının klipini təqdim edib. ANS PRESS-in məlumatına görə, klip rəsmi Youtube səhifəsində yerləşdirilib.

Klipdə EMİN-in tərəf müqabili aktrisa Yelena Podkaminskaya olub. Klipdə onlar iki uşağı olan gənc ailəni canlandırıblar.
Cütlük arasında münasibətlər elə də yaxşı deyil. Ekran işində ailə problemi olan EMİN evdən çıxır və qəzaya uğrayır.

Klip çəkilişindən görüntü

“Mən şou biznesdən uzağam. Amma bir dəfə televizoru yandırdım və orada EMİN mükafatlandırlırdı. O, övladlarındn elə duyğusal danışırdı ki, bu mənə təsir etdi. Mənə onunla işləmək çox xoş oldu”, deyə aktrisa açıqlamasında bildirib.