Müğənni Tacir Şahmalıoğlunun qardaşının axtarışına Fövqəladə Hallar Nazirliyinin helikopterləri cəlb olunacaq.
Bu barədə AzNews.az-a müğənninin özü məlumat verib.
Tacir Şahmalıoğlu bildirib ki, axtarışların hələ heç bir nəticəsi yoxdur. Qərara alınıb ki, axtarışlarda helikopterlərdən istifadə olunsun: “Təəssüf ki, axtarışın nəticəsi yoxdur. Bundan sonra helikopterlərdən istifadə olunması qərara alınıb. Bir az sonra, təxminən saat 14:00-da helikopterlərlə axtarışa başlanacaq. Hamımız burdayıq, helikopterləri gözləyirik”.
Xatırladaq ki, iyulun 31-də müğənninin qardaşı Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.