Tanınmış müğənni Tacir Şahmalıoğlunun qardaşının dənizdə batması haqqında xəbər vermişdik.

36 yaşlı Mahir Allahverdiyevin cəsədi bu gün tapılıb. Xatırladaq ki, iyulun 31-i Mahir Allahverdiyev və digər 2 nəfər Novxanı çimərliyində skuter ilə dənizə çıxıblar. Məlum olmayan səbəbdən skuter aşıb. Hadisə nəticəsində 36-yaşlı M.Allahverdiyev batıb. Digər iki nəfərdən fərqli olaraq, onun üzərində xilasedici jiletin olmadığı bildirilir.

ölkə.az